Macarıstan şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $340 milyonu ötüb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Macarıstan Azərbaycanın strateji tərəfdaşı, eləcə də ölkə iqtisadiyyatına fəal sərmayə yatıran ölkələrdən biridir. Birbaşa xarici investisiyaların həcmi $340 milyonu ötüb”, - deyə S.Babayev bu gün Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasında bildirib.
O qeyd edib ki, Bakı və Budapeşt nəqliyyat, su-kanalizasiya xidmətləri, kənd təsərrüfatı, qida təhlükəsizliyi, əmək münasibətləri və məşğulluq sahələrində uğurla əməkdaşlıq edir.
S.Babayev əlavə edib ki, hazırda tərəflər arasında Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri nəzərə alınmaqla həm investisiya sahəsində, həm də nəqliyyat sahəsində ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün yeni imkanlar mövcuddur.*
X.Nəsirzadə