Azərbaycanla Macarıstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair memorandum imzalanacaq. Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
“Bu gün AQTA ilə Macarıstan Kənd Təsərrüfatı Nazirliyi arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində ikitərəfli əməkdaşlığa dair memorandumun imzalanması planlaşdırılır ki, bu da qarşılıqlı münasibətlərin genişlənməsinə təkan verəcək. Ümid edirik ki, bu görüşlər və tədbirlər tezliklə idxal-ixrac prosedurlarının sadələşdirilməsinə, qida və kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artmasına töhfə verəcək”, - deyə o, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında bildirib.*
X.Nəsirzadə