Azərbaycanda koronavirus infeksiyasına 6113 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 676 min 426-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 6620 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 24 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8797 nəfərə çatıb.
Virusa yoluxmuş 633 min 994 nəfər (sutka ərzində +3 267) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 33 min 635 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17272 (ötən gün 18797 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 208 min 402 test aparılıb.*
B.Rüstəmbəyov