Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Bakıya səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası ərəfəsində (fevralın 4-də - İF) Aİ ilə Azərbaycan arasında enerji tərəfdaşlığı, enerji təhlükəsizliyinin vacibliyi barədə danışdıq, qitisadi və investisiya planı çərçivəsində tərəfdaşlığımızın möhkəmlənməsini müzakirə etdik, həmçinin Aİ-nin Cənubi Qafqazı dəstəkləməsi mövzusuna toxunduq”, - Varhelyi Twitter hesabında yazıb.
Bundan əlavə, Varhelyi Bakıda TAP AG şirkətinin icraçı direktoru Luca Schieppatiilə görüşüb. “Biz Qərbi Balkanların davamlı qaz təchizatı yolları, marşrutların şaxələndirilməsi və kömür istehlakının mərhələli şəkildə azaldılması yollarının axtarışı məsələlərini müzakirə etdik”, - Avropa komissarı yazıb. **
E.Şəfiyev