Ankarada “Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən qurulmasının 30-cu ildönümü” adlı konfrans keçirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bəyan edib ki, Bakı və Ankaranın məqsədləri üst-üstə düşür və regionda sülhün bərqrar olmasına və iqtisadi inkişafa yönəlib.
“Ermənistan qarşısında qoyulan şərtlər yalnız Azərbaycanın deyil, hən də gütün regionun təhlükəsizlik məsələsidir. Türkitə və Azərbaycanın xarici siyasətdə hədəfləri eynidir və regionda sülhün bərqərar olunması və iqtisadi inkişafın əldə edilməsinə yönəlib”, - Mərkəzin mətbuat xidməti Şəfiyevin sözlərindən sitat gətirir.
Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında bütün sazişlər arasında daha artıq önəm kəsb edir. “Türkiyənin bütün partiyaları parlamentdə müzakirə zamanı Şuşa Bəyyanaməsini dəstəkləyiblər. Türkiyə ilə Azərbaycan arasında 300 ikitərəfli saziş imzalanıb və Şuşa Bəyannaməsi onların arasında daha vacibdir”, - o bildirib.
Həmçinin, Kıran əlavə edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi “regionda yeni imkanlar üçün pəncərə açdı və bununla əlaqədar 3+3 formatında danışıqların əhəmiyyətini qeyd edib”. **
E.Şəfiyev