2025-ci ilə qədər “Aqroekspress” logistika layihəsi çərçivəsində Rusiyadan Azərbaycana ASK məhsullarının tədarük həcmi 100 min tona çata bilər. Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina belə hesab edir.
Xəbər veridiyi kimi, 2022-ci ilin yanvar ayında Azərbaycan “Aqroekspress” logistika layihəsinə daxil olub.
“2022-ci ilin yanvar ayında “Aqroekpress”i Azərbaycana yönəltmişik. Qiymətləndirmələrimizə görə, 2025-ci ilədək bu istiqamətdə ASK məhsullarının tədarük həcmi 100 min tona qədər arta bilər”, - Nikişina Rusiyanın “Vedomosti” nəşrinə müsahibəsində bildirib.
Əvvəl “İnterfaks-Azərbaycan” Nikişinaya istinadən məlumat verib ki, “Aqroekspress” layihəsi çərçivəsində yeni istiqamətin açılması ixracatçılara tez və artıq logistika problemsiz ərzaqları alıcılara çatdırmağa imkan verəcək. “Rusiya və Azərbaycanın ikitərəfli ticarət həcmlərini nəzərə alaraq, hər ay iki qarışıq qatarın hərəkətini təmin etmək mümkündür. Rusiyadan taxıl, bitki yağı və qənnadı malları, Azərbaycandan isə təzə meyvə və tərəvəz ixrac olunacaq. Layihınin uğurlu başlanması həmçinin qonşu ölkələrin ASK məhsullarının tədarükünü marşruta daxil edərək, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin marşrutları üzrə ixrac həcmini artırmağa imkan verəcək”, - Nikişina yanvarda qeyd edib.
Azərbaycan tərəfdaşları ilə fəaliyyət çərçivəsində (Rusiya tərəfindən operator – “RDY Logistika” SC, Azərbaycan tərəfindən – “Alyans Logistika” MMC) yüklərin birləşməsi və daşınmanın həm üstüörtülü vaqonlar, həm də konteynerlərlə təşkili, o cümlədən tam logistik dərəcə ilə razılaşdırılmış endirimin tətbiqinə dair razılıq əldə olunub. Hazırda üstüörtülü vaqonlarla Samur-Dərbənd (meyvə, tərəvəz) və konteyner və üstüörtülü vaqonlarla Sumqayıt-Moskva/Vorsino/Rostov (polipropilen) marşrutları üzrə dərəcələr formalaşdırılıb.**
R.Əhmədov