Serbiya 2023-cü ildəCənubi Qaz Dəhlizi ilə nəql olunan Azərbaycan qazı almağı ümid edir. Bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov bəyan edib.
Bu məsələ Şahbazov ilə Serbiyanın energetika və mədənçilik sənayesi nazirinin köməkçisi Raşa Koyçiç arasında görüş zamanı müzakirə olunub.
“Serbiya Bolqarıstan-Serbiya qaz interkonnektorunun 2023-cü ildə istismara verilməsi ilə bağlı CQD-yə inteqrasiyasına ümid edir”, - Şahbazov Twitter hesabında yazıb
Bolqarıstan-Serbiya qaz kəməri layihəsi (Bulgaria-Serbia Interconnector Gas Pipeline, IBS) Aİ tərəfindən Ümumi maraqlar Layihəsi (PCI) kimi dəstəklənir. Uzunluıu – 170 km, həmçinin Serbiya hissəsi – 108 km, Bolqarıstanda – 62 km-dir.
IBS vasitəsilə Bolqarıstandandan keçməklə Serbiyaya CQD-dən qaz (bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunur), həmçinin təkrar qazlaşdırmadan sonra Yunanıstandan Aleksandrupolis terminalından maye təbii qaz daxil olacaq.
Ötürmə gücü – illik 1,8 milyard kubmetrdən çoxdur, 4 milyard kubmetrədək genişləndirilmə imkanı mövcuddur.
Bolqarıstan və Serbiya 2018-ci ilin may ayında Aİ-Qərbi Balkanlar sammiti zamanı IBS qaz kəmərinin tikintisi barədə bəyannamə imzalayıb.
Həmin vaxt yeni qaz kəmərinin 2022-ci ilin may ayından gec olmayaraq istifadəyə verilməsi planlaşdırılırdı. 2021-ci ilin yanvar ayında Serbiyanın energetika naziri Zoran Mihayloviç bəyan edib ki, Serbiya hissəsinin tikintisinə 2021-ci ilin yayında başlamaq, 2023-cü ilin əvvəlinə qədər sona çatdırmaq planlaşdırılır.
Serbiya üçün layihənin dəyəri 89 milyon avroya başa gələcək, bundan 49,6 milyon avro Aİ-nin dotasiyasıdır.
Azərbaycan qazının TAP kəməri Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Birinci il ərzində TAP qaz kəməri ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.2022-ci ildə TAP ilə Avropaya qaz nəqlinin həcmi 10 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Azərbaycan tələb və müqavilələr olduğu hald Avropaya qaz nəqlini artırmağa hazır olduğunu bəyan edib. **
N.Abbasova