Ukrayna 2022-ci ilin sonunadək Kiyevdə GUAM sammitini, Bakıda – baş nazirlər səviyyəsində ilkin iclas keçirməyi təklif edir. Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib.
“Ukrayna və Azərbaycan prezidentləri bu ilin sonunadək Kiyevdə dövlət başçıları səviyyəsində GUAM-ın növbəti iclasının keçrilməsi imkanını müzakirə ediblər. Öz tərəfimizdən baş nazirlər səviyyəsində hazırlıq iclasının Bakıda keçirilməsini təklif edirəm”, - Şmıqal cümə günü Azərbaycanın baş naziri Əli Əsədovla telefon danışığı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” Ukraynanın baş nazirinin mətbuat xidmətinə istinadən məumat verir ki, Şmıqal vurğulayıb ki, Kiyev GUAM-ı Azərbaycanla əməkdaşlığın vacib meydançalardan biri kimi nəzərdən keçirir. “Ölkələrimiz liderlik potensialını nümayiş etdirə bilər. Xüsusilə “GUAM Nəqliyyat dəhlizi” layihəsinin realaşdırılması kontekstində səmərəli fəaliyyətə ümid edirik. Biz həm dəmir yolu, həm də dəniz nəqliyyatı kimi “Avropa-Qafqaz-Asiya” marşrutu ilə yüklərin nəqli və tarnziti nöqteyi-nəzərindən layihəni inkişaf etdirə bilərdik”, - o qeyd edib.
Şmıqal əlavə edib ki, Ukrayna hökuməti profilli mərkəzi hakimiyət orqanları ilə birlikdə artıq 14 yanvar 2022-ci ildə Azərbaycan və Ukrayna prezidentləri arasında əldə olunan razılıqların icrasına başlayıb.
O cümlədən, Şmıqal bu ilin noyabr ayında Əsədovu Ukraynaya səfər dəvət edib. **
E.Şəfiyev