Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, Bakı və Brüssel 2022-ci ildə staretji tərəfdaşlıq haqqında saziş imzalaya bilər.
“Avropa İttifaqı bir neçə təkliflər edib. Hazırda mütəxəssislərimiz həmin təklifləri öyrənirlər. Bu gün biz bu işlərin sürətləndirilməsi rəyinə gəldik. Hesab edirik ki, 2022-ci ildə Aİ ilə staretji tərəfdaşlığa dair yeni sazişin imzalanması mümkündür”, - Bayramov cümə günü Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, 2021-ci ildə Azərbaycan CQD ilə Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib. “Hazırda növbəti illərdə qaz ixracının həcminin artırılması müzakirə mövzusudur”, - Bayarmov bildirib.
Nazir əlavə edib ki, Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşı qalmaqdadır, 2021-ci ilin yekunları üzrə ticarət dövriyyəsi $15,2 milyard təşkil edib. “
Daha əvvəl saziş layihəsinin mətninin 90%-dən çox hissəsinin razılaşdırıldığı bildirilmişdi. Yeni saziş 4 bölmədən ibarətdir. Hazırda iqtisadi-ticarət hissəsi üzrə bəzi məsələlər açıq qalır.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı il tarixli sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb. **
X.Nəsirzadə