Birinci Qarabağ müharibəsindən sonra 3890 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş hesab edilir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Cümə günü İlham Əliyev Fransa prezident Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirlən videoformatda görüşdə iştirak edib.
“Görüşdə Əliyev bəyan edib ki, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı itkin düşüb”, - Azərbaycan liderinin saytıda məlumat verilir.
Müzakirələr zamanı Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi.
Bundan əlavə, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər müzakirə olunub. “Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğuladı”, - məlumatda vurğulanır.
Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərilməsinə dair razılıq əldə edildi. **
E.Şəfiyev