Qarabağda minatəmizləmə əməliyyatlarına yerli şirkət cəlb olunub. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilir.
“2022-ci il fevralın 1-də ilk yerli şirkət Füzuli-Xocavənd rayonları ərazisində prioritet istiqamətlər üzrə əməliyyatların icrasına başlayıb”, - ANAMA-nın şənbə günü yaydığı məlumatda qeyd edilir. **