Azərbaycanda koronavirus infeksiyasına 7 704 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 691 min 180-nə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Koronavirus pandemiyası başlayandan iki gündür antirekord göstərici qeydə alınıir.
Dünən koronavirus infeksiyasına 7 050 yoluxma faktı qeydə alınıb
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər (ötən gün 26 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 846 nəfərə çatıb.
Virusa yoluxmuş 641 min 538 nəfər (sutka ərzində +4 109) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 40 min 796 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531 (ötən gün 19 481 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 248 min 414 test aparılıb.**
R.Kərimov