Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.
«Dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulamış və şəfa diləklərini yetirib. Türkiyə prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanım adından təşəkkürünü bildirdi”, - mətbuat xidmətindən vurğulanıb.
Telefon söhbəti zamanı Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Öncə şənbə günü Ərdoğan məlumat verib ki, COVİD-19 koronavirusun “Omikron” ştamına yoluxub.
O bəyan edib ki, yüngül əlamətlərdən dolayı həyat yoldaşı ilə birlikdə verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb.
Türkiyə lideri qeyd edib ki, xəstəliyi yüngül keçirirlər və o işlərini evdə davam edəcək. Bu barədə “Anadolu” yazır. **
R.Kərimov