Fevralın 6-sı axşam saatlarında Xocavənd rayonunda Türkiyənin “KOLIN Insaat, Turizm Sanayi ve Ticaret” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində 21 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi yerli KİV-lərə istinadən xəbər verir.
Şirkət Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirir. Avtobus işçiləri axşam növbəsinə aparırdı.
Səhiyyə Nazirliyinin məlumatına görə, 11-i Türkiyə vətəndaşı olmaqla 13 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib. 2 nəfər reanimasiyadadır, 11 nəfərin vəziyyəti orta ağırdır.
5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır.
“İlkin ehtimala görə, qəza avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib”, - deyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında qeyd olunur.*
E.Şəfiyev