Prezident İlham Əliyev fevralın 7-də “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Bununla əlaqədar Agentlik yenidən yaradılacaq. Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi tapşırılıb.
Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.
Nazirlər Kabinetinə Fərman çərçivəsində bir sıra tədbirlər həyata keçirmək tapşırılıb.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə