Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Estoniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Alar Karis ilə dnışıqlar aparıb.
“İnterfaks-Azərbaycan” Estoniya mətbuatına istinadən məlumat verir ki, görüş zamanı Aİ ilə Azərbaycan arasında enerji təhlükəsizliyinin təminatı və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Qafarova və Karis “gənclərə yönələn və bununla birbaşa hər iki ölkənin gəəcəyi ilə əlaqədar olan” təhsil və İT sahəsində ikitərəfli əməkdaşlıq barədə bəyan ediblər .
Estoniya prezidenti Azərbaycanda elektron xidmətlərin inkişafında Estoniyanın informasiya texnologiyalarının rolunu qeyd edib. “Bizim layihələr Azərbaycanda rəqəmsal dövlət xidmətlərinin inkişafına kömək edib. Sevindirici haldır ki, Azərbaycanda X-Road sistemi əsasında məlumatların mübadiləsi, həmçinin Estoniya sahibkararı ilə işlənib hazırlanan mobil İD istifadə olunur”, - Karis deyib.
O, həmçinin Estoniya ali məktəblərində Azərbaycan tələbələrinin sayının artımından məmnunluq ifadə edib. “Estoniya ali məktəblərində Azərbaycan tələbələrinin sayının daha çox artmasına sevinirəm. Biz, o cümlədən, ali təhsldə islahatların aparılması sahəsində təcrübə mübadiləsi həyata keçirdik”, - o qeyd edib.
Estoniya prezidenti həmçinin vurğulayıb ki, ticari-iqtisadi münasibətlərin dərinləşməsi üçün istifadə edilməyən potensial mövcuddur və bu sahələrdə daha sıx əməkdaşlığa çağırıb. **
E.Şəfiyev