2021-ci ilin yekunları üzrə Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi orta aylıq pensiyaların təxminən 9% artımına gətirəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
Azərbaycan prezidenti İlham Əliyev bu gün əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzlayıb. Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək. “2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4% təşkil edib”, - nazirlikdən qeyd olunur.
Bundan başqa, pensiya kapitalının indeksləşdirilməsi 2021-ci il ərzində inflyasiyaya (6,7% - İF) uyğun olaraq həyata keçiriləcək.
Bundan başqa, sərəncama əsasən, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi təmin ediləcək.
“Bu həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq. Beləliklə, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən9% təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə bu artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq”, - nazirikdən bildirilir.
Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsipensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək. “Azərbaycan hökuməti bu məqsədlərə əlavə olaraq 352 milyon manat yönəldəcək”, - məlumatda vurğulanır. **
R.Əhmədov