Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası 1971-ci ildə tikilib.
“Yaşma” yarımstansiyası “Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirilior.
Enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılıb.**
B.Rüstəmbəyov