Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Görüşdə Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb”, - Azərbaycan Müdafiə Nazirliyindın məlumat verilir.
Dərə, öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.
“Görüşdə Bakıda keçiriləcək “Texnofest-2022” festivalında (2022-ci ilin may ayında -İF) Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Həmçinin, Həsənov və Dərə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edibllər. **
E.Şəfiyev