Rusiya və Belarus İttifaq dövlətinə qoşulmaq məsələsi Ermənistanda müzakirə olunmur. Bu barədə Ermənistan parlementinin vitse-spikeri, parlamentin spikerinin vəzifələrini icra edən Akop Arşakyan bəyan edib.
“Bənzər məsələ müzakirə olunmur”, - Arşakyan jurnalistlərin müvafiq sualına cavabında bildirib.
Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində bildirib ki, keçmiş sovet respublikaları, həmçinin Ermənistan Belarus və Rusiya ittifaq dövlətinə qoşula bilər.
“Ermənistanın çıxış yolu yoxdur. Sizcə, onlar kiməsə lazımdır? Onlar artıq bunu gördülər. Azərbaycan bu dəstədən çıxır, çünki biz də çox səhvlər etmişik. Bu, ayrıca söhbətdir. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Türkiyə vasitəsilə neft və qaz keçir. Türkmənistan, Özbəkistan və Tacikistan da öz ehtiyaclarına görə, ilk növbədə, iqtisadi baxımdan qoşulacaqlar”, - Lukaşenko qeyd edib.**