Azərbaycanda koronavirus infeksiyasına 7 032 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 710 min 366-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 680 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər (ötən gün 27 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 920 nəfərə çatıb.
Virusa yoluxmuş 653 min 797 nəfər (sutka ərzində +5 285) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 47 min 649 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 442 (ötən gün 11 442 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 296 min 788 test aparılıb.**
X.Nəsirzadə