Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, rəsmi İrəvan Birinci Qarabağ müharibəsi (1991-1994-cü illərdə) zamanı azərbaycanlıların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların verilməsi məsələsi ilə bağlı hələlik heç bir hərəkət etməyib.
“Birinci Qarabağ müharibəsində 3 890 nəfər itkin düşüb. Bu məsələ, özünün humanitar öhdəliklərinin icrası ilə əlaqədar Ermənistanın hərkətləri sıfır kimi qiymətləndiririk”, - Bayramov bu gün mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin bu yaxınlarda baş tutmuş görüşündə (fevralın 4-də videokonfras formatında - İF) Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələdə əməkdaşlığa söz verib. “Lakin biz Ermənistan XİN tərəfindən guya İrəvaın heç bir vəd vermədiyinə dair paradoksal bəyanat müşahidə edirik. Bu cür absurd bəyanat heç bir beynəlxalq hüquq və mənəvi çərçivələrə sığmır”, - Bayramov qeyd edib.
Nazir beynəllxalq ictimaiyyəti “susmamağa və Ermənistana təzyiq göstərməyə” çağırıb. Həmçinin, o xatırladıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsi sona çatandan dərhal sonra BQXK-nın və regionda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə 1 709 erməni hərbçinin meyitini təhvil verib.
Həmçinin, o vurğulayıb ki, İkinci Qarabağ müharibəsi sona çatdıqdan sonra Azərbaycan hərbçiləri tərəfindən Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların basdırıldıqları bir neçə kütləvi məzarlıq aşkar olunub. “Bu deməkdir ki, Ermənistan tərəfində digər məzarlıqlar (azərbaycanlıların - İF) barədə məlumat var”, - Bayramov əlavə edib. **
X.Nəsirzadə