Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolunun tikintisi haqqında müqavilənin imzalanması zəruridir.
“De-yure qeyd etmək, bunu kağız üzərində imzalamaq zəruridir”, - Paşinyan bu gün “hökumət saatı” çərçivəsində deputatların suallarına cavabında bildirib.
Onun sözərinə görə, Ermənistan həmçinin avtomobil yollarının açılması üzrə təklifləri Azərbaycan və Rusiyaya təqdim edib. “Yollara gəlincə isə biz təklifləri Azərbaycan, Rusiya və beyəlxalq tərəfdaşlara təqdim etdik. Azərbaycandan müsbət cavab alınan zaman avtonəqliyyat yollarının bərpası və tikintisi üzrə işləri reallaşdırmağa hazırıq”, - Paşinyan qeyd edib. **