Hazırda Azərbaycanda koronavirusa yoluxma hallarının artması fonunda yeni məhdudiyyətlərə ehtiyac yoxdur. Bunu bu gün keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.
“Bu gün hər hansı yeni məhdudiyyətlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Lakin sərt karantin rejimi xəstəliyin gedişatına, xəstələrin və xəstəxanaya yerləşdirilənlərin sayına təsir göstərə bilər”, - deyə o bildirib.
Nazir qeyd edib ki, hazırda ölkədə ümumi çarpayı fondunun 20, reanimasiya şöbələrinin çarpayı fondunun 10%-i istifadə olunub.
Onun sözlərinə görə, Azərbaycanda COVID-19-la bağlı vəziyyət nəzarət altındadır.*
E.Şəfiyev