Prezident İlham Əliyev “Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Fərmana əsasən, Neft Şirkətinin İdarə Heyəti 15 üzvdən (hazırda 14 üzv) ibarət olacaq, birinci vitse-prezidentlərin sayı isə 2-yə çatdırılacaq.
Prezident İlham Əliyevin imzaladığı digər sərəncamlara əsasən, Rövşən Nəcəf iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.*
B.Rüstəmbəyov