2022-ci ilin yanvar ayında Azərbaycanda iqtisadi artım təxminən 6%, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9% olub. Bunu Prezident İlham Əliyev deyib.
“Keçən il iqtisadiyyatımız 5%-dən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20% artıb. Yanvar ayının nəticələri daha da ümidvericidir. İqtisadi artım təxminən 6%, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9%, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24% olub. Bu da rekord göstəricidir”, - deyə dövlət başçısı AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.
Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9% səviyyəsində proqnozlaşdırır.*
R.Əhmədov