2022-ci ilin yanvar ayında Azərbaycanda inflyasiya 2021-ci ilin dekabr ayında qeydə alınmış 1,6% səviyyəsində inflyasiyaya qarşı 1,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar ayında respublikada inflyasiya 1,6% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,6%, qeyri-ərzaq mallarının qiymətləri 0,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1% bahalaşıb”, - deyə məlumatda bildirilir.
Yanvar ayının sonuna Azərbaycanda orta illik inflyasiya 12,5% (2021-ci ilin dekabr ayının sonuna 6,7%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 17,1%, qeyri-ərzaq malları üzrə 5,9%, xidmətlər üzrə 11,1% səviyyəsində olub.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4%-dək azalacağını proqnozlaşdırır. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2022-ci ildə orta illik inflyasiya 6,6%-7,1% təşkil edəcək.*
R.Əhmədov