Bu gün Azərbaycandan “Aqroekspress” layihəsi çərçivəsində ilk yük qatarı Rusiyaya göndərilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, Xudatın Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.
Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması olub.
Azərbaycan-Rusiya İşgüzar Şurasından “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər ki, qatar 1000 tona yaxın təzə xurma ilə yüklənmiş 17 vaqondan ibarətdir.
“Aqroekspress” layihəsi effektiv şəkildə qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa kömək edir.
Mərasimdə vurğulanıb ki, layihə çərçivəsində gələn həftə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Astaradan RF-yə daha bir qatar göndəriləcək.
Azərbaycan“Aqroekspress” layihəsinə bu ilin yanvar ayında qoşulub.*
X.Nəsirzadə