Müdafiə Nazirliyinin 10 milyon manatdan artıq mənimsəmədə təqsirləndirilən 4 əməkdaşı həbs olunub, onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bu barədə yerli KİV məlumat yayıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Maliyyə İdarəsinin zabiti Əlizadə Vüsal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.*