Azərbaycanda koronavirus infeksiyasına 6841 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 745 min 169-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 5948 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər (ötən gün 29 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 50 nəfərə çatıb.
Virusa yoluxmuş 686 min 88 nəfər (sutka ərzində +6 772) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 50 min 31 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17387 (ötən gün 19844 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 390 min 225 test aparılıb.*
R.Kərimov