Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində Ağdam Sənaye Parkı üçün 10-dan çox layihəyə baxılır.
Azərbaycan prezidenti İlham Əliyev bazar günü Ağdam rayonuna səfəri çərçivəsində Ağdam Sənaye Parkında işlərin gedişi ilə tanış olub.
“Artıq 5 sahibkarlıq subyekti Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır”, - dövlət başçısını saytında məlumat verilir.
Xəbər verildiyi kiimi, havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.
2021-ci il mayın 28-də Azərbaycan prezidenti İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb.Parka 190 hektar ərazi ayrılıb.
Xəbər verildiyi kimi, “Ağdam Sənaye Parkına qısamüddətli perspektivdə investisiyalar 20-25 milyon manat həcmində qiymətləndirilir. Ortamüddətli və uzunmüddətli perspektivdə investisiyaların həcmi 100 milyon manat həcmində qiymətləndirilir. **
X.Nəsirzadə