Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq", - Əliyev Ağdam rayonuna səfəri çərçivəsində bildirib.
Həmçinin, Əiyev əlavə edib ki, hazırda təqribən bir ilə hazır olacaq Bərdə-Ağdam avtomobil yolu, həmçinindəmir yolu inşa edilir,
“İnterfaks-Azərbaycan” məlumat verir ki, prezident qeyd edib ki, Ağdamda abadlıq üzrə irimiqyaslı işlər həyata keçirilir.
“Kompleks tədbirlər görülür – elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi indi işlənilir, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki İnvestisiya Proqramında vardır, yaşayış binaları, mehmanxana, iş yerləri”, - o bildirib. **
E.Şəfiyev