2022-ci ilin yanvar ayında Azərbaycanda ÜDM 5,8% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%, qeyri neft-qaz sektorunda isə 8,2% artıb.
Yanvarda ölkədə 9 milyard 257,6 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 54,4%-i sənaye, 8,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3%-i tikinti, 1,4%-i informasiya və rabitə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6%-i digər sahələrin payına düşüb.
İdxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.
2021-ci ildə ÜDM-in artımı 5,6% təşkil edib.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-i artımını 3,9% səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova