Bazar ertəsi Azərbaycan Respublikasının baş naziri Əli Əsədov gürcü həmkarı İrakli Qaribaşvili ilə telefonla danışıb.
“Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəylik ifadə edilib”, - Azərbaycan Nazirlər Kabinetindən məlumat verilir.
Həmçinin, baş nazirlər Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafını, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. **
E.Şəfiyev