Azərbaycanda koronavirus infeksiyasına 2749 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 747 min 918-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 6 841 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər (ötən gün 23 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 77 nəfərə çatıb.
Virusa yoluxmuş 690 min 598 nəfər (sutka ərzində +3 971) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 48 min 782 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 251 (ötən gün 17 387 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 398 min 476 test aparılıb.**
B.Rüstəmbəyov