Rusiya 2022-ci ilin yayında “Aqroekspress” layihəsi çərçivəsində Azərbaycana ilk qatar göndərməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” “Qudok” nəşriyyat evinə istinadən məlumat verir ki, «Alliance Logistics» MMC-nin satış şöbəsinin rəis müavini Soltan Əsgərov məlumat verib ki, hazırda şirkət Rusiyadan Azərbaycana “Aqroekspress”in göndərmələrinin təşkili iə bağlı “RDY Logistika” SC ilə danışıqlar aparır.
“Rusiya-Azərbaycan marşrutu ilə qatarın yayda göndərilməsi, yükün isə kartof və undan ibarət olacağı nəzərdə tutulur”, - nəşr qeyd edir.
“RDY Logistika” SC-nin mətbuat xidmətinin rəhbəri Yevgeniya Fisenkonun fikrincə, Azərbaycan ASK məhsullarının daşınması Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin marşrutları ilə ixrac həcmini artırmağa və qonşu ölkələri iştiraka cəlb etməyə imkan yaradacaq.
Ekspertlər Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin marşrutlarında “Aqroekspress”in yük bazasının həcmini illik 60 min ton səviyyəsində qiymətləndirirlər, həmçinin 2025-ci ilədək həcmin 100 min tonadək artırılması imkanı mövcuddur.
Xəbər veridiyi kimi, fevralın 12-də Azərbaycandan “Aqroekspress” layihəsi çərçivəsində ilk yük qatarı Rusiyaya göndərilib: 1000 tona yaxın təzə xurma ilə yüklənmiş 17 vaqondan ibarət olan qatar Dərbəndə göndərilib. **
X.Nəsirzadə