“Bank Respublika” ASC 15 milyon manatlıq istiqrazların emissiyasını planlaşdırır. Bu barədə Bakı Fond Birjasından (BFB) məlumat verilir.
“15 fevral 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 15 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib”, - məlumatda qeyd olunur.
Emissiya nominal dəyəri 1 min manat olan 15 min istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti – 2 il, illik faiz dərəcəsi – 8,5% (kupon faizlərinin ödəniş müddəti – 6 aydan birdir) təşkil edir.
İstiqrazların yerləşdirilməsindən vəsaiti bank kredit portfelinin genişləndirilməsi və bir sıra layihələrin maliyyələşməsinə yönəldəcək.
“Bank Respublika” ASC 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. **
X.Nəsirzadə