Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Avropa Birliyi ölkələrinin müvafiq qurumları arasında qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilib.
“İnterfaks-Azərbaycan”a AQTA-dan məlumat verilib ki, maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatları Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim edə bilər.
“Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər”, - AQTA-dan vurğulanır. **
E.Şəfiyev