Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının prezidentivəzifəsinə yenidən seçilməyi münasibətilə Frank-Valter Ştaynmayerə təbrik teleqramı ünvanlayıb.
“Biz bu il Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyini qeyd edəcəyik. Bu dövr ərzində ikitərəfli səviyyədə nail olduğumuz siyasi dialoq, bir sıra sahələrdə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir”, - təbrikdə deyilir.
Həmçinin, Əliyev inanır ki, “dövlətlərarası münasibətlərimiz və səmərəli əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcək”. **
E.Şəfiyev