Dövlət Gömrük Komitəsi 2022-ci ildə Azərbaycan-Rusiya sərhəddindəki "Xanoba" gömrük postunu istifadəyə verəcək.
Bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Rusiyanın Bakıdakı səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix ilə grüşdə bəyan edib.
DGK-nın saytında məlumat verilir ki, "Xanoba" gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətə başlaması ilə Azərbaycanla Rusiya arasında sərhədkeçmə prosesləri daha da sürətlənəcək, tranzit daşımaların həcmi artacaq, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacaq. **
B.Rüstəmbəyov