Azərbaycanda koronavirus infeksiyasına 4 687 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 752 min 605-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 749 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər (ötən gün 27 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 105 nəfərə çatıb.
Virusa yoluxmuş 696 min 565 nəfər (sutka ərzində +6 506) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 46 min 935 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 682 (ötən gün 8 251 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 414 min 158 test aparılıb.**
N.Abbasova