Azərbaycan hökuməti ölkəyə giriş-çıxışa icazə verilən ölkələrin siyahısını genişləndirib.
“Nazirlər Kabinetinin qərarına əsasən, 17 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilir.
Siyahıya Albaniya, Dominikan Respublikası, Filippin, Gürcüstan, Hindistan, İndoneziya, İran, Kolumbiya, Moldova, Özbəkistan, Pakistan, Peru, Tacikistan, Tailand Krallığı, Tunis, Türkmənistan və Venesuela daxildir.
Bununla bağlı çərşənbə axşamı Azərbaycanın baş naziri Əli Əsədov qərar imzalayıb. **
N.Abbasova