Cari ilin mart ayından etibarən Azərbaycan və İran arasında birbaşa uçuşlar bərpa olunacaq. Bu barədə Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə məlumat verib.
“İki ölkə arasında münasibətlərdə çox yaxşı addımdır. Cari il martın əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək”, - Əlizadə öz Twitter hesabında yazıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, dünən Azərbaycan Respublikası Nazirlər Kabineti İran vətəndaşlarına respublikaya hava nəqliyyatı ilə giriş-çıxışına icazə verib. **
E.Şəfiyev