Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycanla Ermənistan arasında münasibətlərin yoluna qoyulmasında müsbət rol oynaya bilər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bəyan edib.
"Türkiyə ilə Ermənistan arasında münasibətlərin yoluna qoyulması regionda yeni nəqliyyat və logistika imkanları açacaq. Bu, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında rol oynaya bilər. Bu regionda normallaşma və sabitlik burada yerləşən (Cənubi Qafqazda - İF) bütün ölkələrin xeyrinə olacaq”, - Litzenberger bu gün Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan dəyirmi masada bildirib.
Onun sözlərinə görə, ABŞ regionda kommunikasiyaların açılması və sabitliyin tərəfdardır.
Eyni zamanda, səfir İrəvan ilə Bakı arasında bir sıra həll edilməyən problemlərin olduğunu qeyd edib. “Minalanmış ərazilər, məcburi köçkünlərin geri qaytarılması, sərhədin delimitasiyası və demarkasiyası kimi bir sıra məsələləri də həll etmək lazımdır”, - Litzenberger vurğulayıb. **
E.Şəfiyev