Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
“Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tezliklə tam sağalmasını diləyib”, - Azərbaycan XİN-in məlumatında qeyd olunur.
Bayramov, həmçinin “qısa müddətdə Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını” ifadə edib. **
E.Şəfiyev