2022-ci ilin yanvar ayında Azərbaycanda 102 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar ayı ilə müqayisədə avtomobil istehsalı 6,2% artıb.
1 fevral 2022-ci il tarixinə anbarlarda 399 ədəd minik avtomobili var.
Yanvarda Azərbaycanda 30 ədəd traktor istehsal edilib (ötən ilin yanvar ayında traktor istehsal olunmayıb).
2022-ci il fevralın 1-nə anbarlarda 82 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2021-ci ildə Azərbaycanda 2 min 43 ədəd avtomobil (artım 4,8%), 651 traktor (artım 2,2 dəfə) istehsal edilib. **
B.Rüstəmbəyov