Azərbaycanda koronavirus infeksiyasına 7 min 148 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 759 min 753-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 687 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər (ötən gün 28 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 127 nəfərə çatıb.
Virusa yoluxmuş 703 min 952 nəfər (sutka ərzində +7 387) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 46 min 674 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 346 (ötən gün 15 682 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 432 min 504 test aparılıb.**
R.Kərimov