Çərşənbə günü Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında baş tutmuş telefon danışığı zamanı növbəti təmasların qrafiki daxil olmaqla, Azərbaycan-Rusiya strateji tərəfdaşlığın aktual məsələləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bu barədə RF XİN-dən məlumat verilir.
“Bir sıra regional və beynəlxalq süjetlər üzrə fikir mübadiləsi aparılıb. Cənubi Qafqazdakı vəziyyətə, ilk növbədə Azərbaycanla Ermənistan arasında münasibətlərin yoluna qoyulmasına xüsusi diqqət ayrılıb. Bu mənada 9 noyabr 2020-ci il, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılıqlarının bütün müddəalarının şərtsiz icrasının vacibliyi vurğulanıb”, - RF XİN-in məlumatında deyilir.
Nazirlikdən əlavə olunub ki, nazirlər davamlı hüquqi təhlükəsizlik zəmanətlərinin təminatı yollarına dair Rusiyanın təşəbbüslərinin müzakirəsinin gedişini nəzərdən keçiriblər. **