Azərbaycan 2021-ci ildə 28 milyon 95,8 min ton neft ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $13 milyard 928 milyon 519,3 min (artım 1,6 dəfə) təşkil edib.
2021-ci ildə Azərbaycan 18 milyard 944,9 milyon kubmetr (artım 36,9%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $6 milyard 468 milyon 717,5 min (artım 2,3 dəfə) təşkil edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.**
N.Abbasova