2022-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 4 milyard 675,9 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 15,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda Azərbaycanda orta illik inflyasiya 12,5% təşkil edib.
Statistik məlumatlara görə, yanvarda əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 15,1% - 465,8 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 4 milyard 194,2 milyon manat qalır ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 16,5% çoxdur. **
X.Nəsirzadə